“Ukraynada gedən əməliyyata müdaxilə etməyə cəhd edilərsə, Rusiya ən sərt cavabı verməyə hazır olacaq”.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
“Biz Rusiya Federasiyasının prezidenti Vladimir Putinin fevralın 24-dən etibarən verdiyi bəyanatlardan çıxış edirik ki, Rusiya hansısa yolla Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyatlara müdaxilə etməyə cəhd edən tərəfə ən qəti cavabı verməyə hazır olacaq” – deyə Peskov qeyd edib.
Bizim.Media