Tibet Hava Yollarına məxsus təyyarə Çinin cənub-qərbindəki Çunçin şəhərinin hava limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxıb və alovlanıb.
Bizim.Media Sinxua agentliyinə istinadən xəbər verir ki, bu haqda informasiyanı hava limanı yayıb.
Mənbə yazır ki, təyyarədə 113 sərnişin və 9 ekipaj üzvü olub, 40 nəfər yüngül xəsarət alıb, onlar xəstəxanalara aparılıb.
CCTV telekanalı yanğının artıq söndürüldüyünü, uçuşların Çenqdu hava limanına yönləndirildiyini bildirir.
Bizim.Media
