“Türkiyə bu il 42 milyon xarici turist qəbul etməyi planlaşdırır”.
Bizim.Media “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin mədəniyyət və turizm naziri Mehmet Ersoy bildirib.
Onun sözlərinə görə, Türkiyə böhranlara qarşı immunitetli olmalı və onlara hazır olmalıdır.
“Məqsəd bu il 42 milyon turist qəbul etmək idi və biz bu istəyimizdən geri dönməyəcəyik”, - deyə nazir bildirib.
O xatırladıb ki, 2019-cu il Türkiyə üçün rekord il olub, ölkəyə 52 milyon turist gəlib və 34 milyard dollar gəlir əldə edib.
Bizim.Media