Rusiyanın Krasnodar diyarının Azov dənizində, Temryuk limanında lövbər salan türk yük gəmisində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS-a “Rosmorreçflot”un mətbuat xidməti yayıb.
"Temryuk limanında dayanan Türk gəmisi yanır. Kömək istəmirlər, deyirlər ki, özləri öhdəsindən gələcəklər", - agentliyin həmsöhbəti bildirib.
Alınan son məlumata görə, gəmidə Hindistan, Azərbaycan və Türkiyənin 13 vətəndaşı var. Vanuatu bayrağı altında üzən yük gəmisinin göyərtəsində kommersiya yükləri və taxıl bitkilərinin olduğu deyilir.
Bizim.Media
