ABŞ-ın Texas ştatının Uaynon şəhərində yerləşən kilsəyə silahlı şəxs tərəfindən hücum olub.
Bizim.Media bildirir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.
Səhər saatlarında yaşanan hadisə zamanı bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Ölən şəxsin keşiş olduğu bildirilir. Hücumdan az sonra cinayətkar saxlanılıb.
Hadisənin hansı səbəbdən törədildiyi araşdırlır.
Bizim.Media