Türkiyədə 4,2 bal gücündə zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda qeydə alınıb. Zəlzələ ocağı 8,5 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və ya tələfat barədə heç bir məlumat verilmir.
Bizim.Media