Türkiyənin Şırnak vilayətinin Qabar dağ bölgəsində 5 PKK terrorçusunu zərərsizləşdirib. Əməliyyatı Türkiyə təhlükəsizlik qüvvələri həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər naziri Süleyman Soylu "Twitter" hesabında qeyd edib:
"2021-ci ildə qəhrəmanlarımız Qabar dağından ilk xəbəri verdilər. Mağarada 5 terrorçu silah-sursatları ilə birlikdə zərərsizləşdirildi. Allah övladlarımızı qorusun".
Bizim.Media