İŞİD-in qara günləri başladı

Tikritin ardınca Mosulun azad edilməsi əməliyyatına da bir şey qalmadı; gələn aya nəzərdə tutulan əməliyyatlara ABŞ və Türkiyə dəstək verəcək...
İraq ordusu və könüllü birliklərin Səlahəddin əyalətinin azad edilməsi əməliyyatı davam edir. Paytaxt Bağdadın 150 kilometrliyində yerləşən Tikrit şəhərinin mərkəzi olduğu bu əyalət radikal qrupların geniş yayıldığı ərazilərdən hesab olunur. İraq hökumət qüvvələri bu ayın əvvəlində əyalətin azad edilməsi əməliyyatını başladıb. 

Martın əvvəlində Tikrit yaxınlığında yerləşən Samirra şəhərinə gələn baş nazir Heydər əl-İbadi bəyan edib ki, Tikritin və Səlahəddin əyalətinin azad edilməsi ötən ilin yayında İŞİD-in işğal etdiyi İraqın ikinci böyük şəhəri Mosulun azad edilməsi əməliyyatının birinci fazası hesab olunur. Ötən həftəsonu şəhərin tamamilə İraq qüvvələrinin əlinə keçdiyi haqda xəbərlər gəlsə də, bəzi mənbələr şəhərin mərkəzində İŞİD silahlı qrupunun qaldığını və müqavimət göstərdiyini bildirir. Eyni zamanda İraq qüvvələrinin İŞİD yaraqlılarına şəhəri tərk etmək üçün vaxt verdiyi də bildirilir.

Bu arada məlum olub ki, Türkiyədən göndərilən hərbi təlimatçılar Mosulun azad edilməsi əməliyyatında iştirak edəcək sünni tayfa silahlılarına təlim keçəcək. Bu barədə Mosul valisi Esil Nuceyfi Anadolu Agentliyinə açıqlama verib. Eyni zamanda vali bildirib ki, Ankara ilə Bağdad arasında əldə olunan razılaşmaya əsasən, Türkiyə hökuməti Mosulun azad edilməsi əməliyyatı üçün silah göndərəcək: “Türkiyədən gələn hərbi təlimatçılar bir sıra düşərgələrdə bizim döyüşçülərə təlim keçir. Türkiyə bu mövzuda hər gün daha da aktiv rol alır, ancaq Mosul əməliyyatına iştirak edib-etməyəcəyi məlum deyil”x9d.


Mosul valisi əməliyyatın nə zaman başlayacağı ilə bağlı dəqiq tarix göstərməsə də, gələn ay (apreldə) başlamasını istisna etməyib. Eyni zamanda qeyd edib ki, bu əməliyyatı xüsusi hazırlanmış və ağır silahlara malik 20 minlik İraq ordusu başladacaq. Onun sözlərinə görə, əməliyyatına şiddətli istilərin olduğu yay aylarına qədər başa çatması planlaşdırılır, çünki həmin vaxt davam edən əməliyyatlar dinc əhalini çətin duruma sala bilər. 

Mosul valisi əməliyyatda kürd peşmərgələrinin də iştirak edəcəyini bildirib. E.Nuceyfi Mosul və əyalət ərazisindəki İŞİD qüvvələrinin təxmini sayını da qeyd edib. Onun sözlərinə görə, İŞİD-ə hazırda təxmini hesablamalara görə, Mosulda 5 min, bütövlükdə əyalət ərazisində isə 20 min nəfərə yaxın döyüşçüyə sahibdir. Onun sözlərinə İŞİD eyni zamanda silahlı toplamaqda çətinlik çəkir: “İŞİD artıq keçmişdə olduğu kimi yaraqlı toplaya bilmir. Bu səbəbdən də çətinliklə üz-üzədir. Artıq savaşda itirdiyi əcnəbi terrorçuların yerinə daha çox iraqlı və təcrübəsiz adamları alırlar. Bu səbəbdən də xeyli dərəcədə zəifləyiblər”x9d.

Mosul valisi onu da qeyd edib ki, Tikrit və Kərkük əməliyyatları zamanı İŞİD-ə ağır zərbələr vurulub. Bu səbəbdən Mosul əməliyyatı o qədər də çətin olmayacaq. Nuceyfi qruplaşmanın xeyli sayda təcrübəli, əsasən də liderlərini itirdiyini, bir çoxlarının isə bölgədən qaçdığını, bundan başqa, qənimət bölgüsü məsələsində yerli və əcnəbilər arasında toqquşmaların qeydə alındığını bildirib. Son olaraq Telafer qəsəbəsində yerli və əcnəbi İŞİD-çilər arasında qarşıdurma baş verdiyini bildirib.


Türkiyə mətbuatının yazdığına görə, Mosulun azad edilməsi əməliyyatı zamanı ABŞ hərbi hava qüvvələrinin pilotsuz təyyarələri İncirlik hərbi hava bazasından qalxacaq. Mətbuatın yazdığına görə, daha əvvəl Bəsrə körfəzindəki təyyarədaşıyan gəmilərdən qalxaraq İraqın mərzəsindəki İŞİD mövqelərini bombalayan ABŞ aviasiyası Mosul əməliyyatına daha yaxın ərazidən istifadə edəcək. 


Bildirilir ki, ötən həftə Ankaraya səfər edən ABŞ Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) komandanı Lloyd Ostinin ardınca bu günlərdə prezident Obamanın İŞİD-ə qarşı mübarizə koalisiyasında xüsusi təmsilçisi Con Allen Türkiyəyə gələrək bu mövzularda danışıqlar aparacaq. 

Məlumatda qeyd olunur ki, ilk mərhələdə Mosul və ətrafına yaxın olan İncirlikdən iki ədəd “Reaper”x9d pilotsuz təyyarəsi mütəmadi olaraq İŞİD mövqelərini bombalayacaq. Əməliyyat 3 həftə davam edəcək. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

Çində güclü zəlzələ oldu

Çində güclü zəlzələ oldu

Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - FOTO

Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - FOTO

“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani

“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani

End of content

No more pages to load

RADİO