Tanınmış amerikalı teleaparıcı Larri Kinq koronavirusa yoluxub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 87 yaşlı aparıcı təcili olaraq xəstəxanaya yerləşdirilib.
COVİD testi pozitiv çıxan L.Kinq Los-Anceles xəstəxanasına yerləşdirilib.
Xatırladaq ki, aparıcı 2017-ci ildə ağciyər xərçənginə tutulub. 2019-cu ildə anjioplastika əməliyyatı keçirib. 2020-ci ildə isə aparıcı insult keçirib.
Bizim.Media