Əfqanıstanda çörək sexində güclü partlayış olub. Hadisə qaz balonunun partlaması nəticəsində baş verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, hadisə zamanı ən azı 5 nəfər faciəli şəkildə həlak olub. Bu barədə TOLONews telekanalı xəbər yayıb.
Məlumata görə, hadisə dünən axşam saatlarında paytaxtı Kabildə yaşanıb.
Hadisə barədə ətraflı məlumat verilməyib.
Bizim.Media