Roma Papası Fransisk əfsanəvi futbolçu Dieqo Armando Maradona haqqında fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, Papa Maradonanı böyük çempion adlandırıb.
“Dieqo meydanda şir, böyük çempion idi. O, Argentinadan Neapola kimi milyonlarla insana xoşbəxtlik gətirdi. O, həmçinin çox kövrək insan idi”, - deyə Roma Papası bildirib.
Xatırladaq ki, Dieqo Armando Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib. (modern.az)
Bizim.Media