ABŞ-da Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinin divarlarına naməlum şəxslər qraffiti çəkərək saxta qan töküb və qapsının ağzına donuz başı atıblar
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, həmçinin, xanım siyasətçinin evinin divarlarına "2 min dollar”, “Kirayəni ləğv et!”, “Hamısını istəyirik!”, şüarları yazılıb.
Qeyd edək ki, ABŞ Konqresi amerikalılara birdəfəlik maddi yardım haqqında qanun layihəsini təsdiqləyib. Qərarda hər amerikalıya 2 min dollar ödəniş nəzərdə tutulub.
Evin kənarlarında anarxistlərin simvolu - bir dairədə "A" hərfi yazılıb.
Hadisə ilə bağlı polis araşdırma aparır.
Bizim.Media