Litva Böyük Britaniya ilə hava əlaqələrini bərpa edib.
Bizim.Media xəbər verir ki, bu barədə Litva aeroportu məlumat yayıb.
Lakin Britaniyadan Litvaya gedənlərin uçuşdan 48 saat əvvəl koronavirus testi vermələri tələb edilir.
Qabaqlayıcı tədbirlər çərçivəsində Litvaya gələnlər 10 gün təcrid olunacaqlar.
Xatırladaq ki, ötən ilin dekabr ayında dünyanın bir sıra ölkələri koronavirusun daha yolxucu növünün aşkarlanması səbəbindən Britaniya ilə uçuşları dayandırıblar.
Bizim.Media