Milyonuncu İsrail sakininə koronavirusa qarşı vaksin vuruldu.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, ərəb şəhəri olan Umm-əl-Fəhmdə 1 milyonuncu İsrail vətəndaşı koronavirusa qarşı peyvəndlənib.
Peyvəndləmədə iştirak edən Benyamin Netanyahunun sözlərinə görə, vaksinləşmənin sayı bir neçə milyon olandan sonra ticarət obyektləri, restoran və sərhədlər açılacaq.
Qeyd edək ki, milyonuncu vaksin Məhəmməd Cabarinin bəxtinə düşüb.
Bizim.Media