Ukraynada yaşayan azərbaycanlı Hafiz Qasımov adlı şəxs Rusiya hərbçilərinə əsir düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə onun əmisi qızı Esmira Qasımova məlumat verib.
“Əmim oğlu Hafiz Qasımov (Kasumov) Ukraynada gedən döyüşlərdə Zaporoje vilayəti, Enerqodar şəhərində ruslara əsir düşüb. Uzun illərdir ki, (1980-ci illərdən) Ukraynada yaşayır. 62 yaşı var”, - deyə E.Qasımova vurğulayıb.
Bizim.Media