Əfqanıstanda terror aktı törədilib.
Bizim.Media xəbər verir ki, Bəxl vilayətinin inzibati mərkəzi sayılan və ölkənin ən böyük 4 şəhərindən biri olan Məzari-Şərifdə məscid partladılıb.
Hadisə nəticəsində 30 nəfər ölüb, 80 nəfər yaralanıb. Akt zamanı məsciddə ibadət edənlər olduğu üçün xəsarət alanların sayı artmaqda davam edir.
Ölənlər və yaralananlar arasında əslən türk olan Əfqanıstan vətəndaşlarının da olduğu da ehtimal edilir.
Terror aktının məsuliyyətini hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.
Leyla Şah, Bizim.Media