“Böyük yeddilik” (“G7”) ölkələri 2022-2023-cü illər üçün Ukraynaya əlavə dəstək məqsədilə 24 milyard dollardan artıq maliyyə vəsaiti ayıracaq”.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “G7”yə daxil olan ölkələrin maliyyə nazirləri birgə bəyanat yayıb.
“Rəsmi Kiyevə daha böyük məbləğdə maliyyə dəstəyi verməyə hazırıq. Ukrayna xalqını və hakimiyyətini tərəddüd etmədən və səmimi həmrəyliklə dəstəkləyirik” – deyə bəyanatda qeyd edilib.
Bizim.Media