Bu gün Türkiyənin qərbində həbsxana işçilərini daşıyan avtobus kustar üsulla hazırlanmış partlayıcı qurğu ilə partladılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu Tvitter hesabında məlumat yayıb.
"Avtobus Bursa-Mudanya yolu ilə gedərkən uzaqdan idarəetmə qurğusunun partladılması nəticəsində həbsxana gözətçilərimizdən biri həlak olub, xeyli sayda yaralı var. Cinayətkarların tutulması istiqamətində işlər aparılır", - nazir bildirib.
Bizim.Media