Rus ordusunun İzyum və Donetsk bölgəsindəki hücum əməliyyatları "daha böyük hücumlar üçün başlanğıcdır".
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi məlumat yayıb.
"Biz bəzi məhdud hücum əməliyyatlarının Donetskin cənub-qərbində və İzyumun cənubunda başlandığını gördük. Hesab edirik ki, bu, gələcək böyük əməliyyatlar üçün başlanğıcdır", - deyə rəsmi bildirib.
“Rusiya Federasiyasının hücum strategiyasına gəlincə, söhbət qarışıq yanaşmadan gedir. Çox güman ki, Rusiya infrastrukturu məhv etmək üçün havadan və uzaq məsafədən hücumlar həyata keçirəcək”, deyə o yekunlaşdırıb.
Bizim.Media