Britaniya Ukrayna Silahlı Qüvvələrini müasir Brimstone gəmi əleyhinə raketlərlə təchiz edəcək.
Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Boris Conson deyib.
"Bizim nəzərdən keçirdiyimiz Brimstone sisteminin işləyib-işləmədiyini görmək üçün onlardan bir neçəsini nəqliyyat vasitələrinə quraşdırmaq lazımdır" deyə Conson qeyd edib.
O vurğulayıb ki, London hazırda Ukraynanı gəmi əleyhinə raketlərlə, o cümlədən Brimstone ilə təchiz etmək yollarını axtarır.
Bizim.Media