“Tik-Tok” artıq Rusiya tətbiq mağazasında mövcud deyil.
Bizim.Media xəbər verir ki, əvvəllər sosial şəbəkənin rəhbərliyi ruslar üçün videoçarxların yayımlanması imkanını tezliklə bərpa edəcəyinə söz vermişdisə, indi isə vəziyyət dəyişib.
Qeyd edək ki, bir neçə gün əvvəl dünya musiqi platforması sayılan “Spotify” da Rusiya tətbiq mağazasından yığışdırılıb.
Artıq sözügedən proqramları Rusiyada telefonlara yükləmək mümkün deyil.
Rəşad Əliyev, Bizim.Media
