İspaniya hökuməti bu gün ölkədə pandemiya ilə əlaqədar tətbiq edilən maska rejiminin aprelin 20-dən əhəmiyyətli dərəcədə yumşaldılacağı qərarını təsdiqləyib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.
İndiyə qədər krallıq sakinlərindən bütün ictimai yerlərdə, o cümlədən mağazalar, kafelər, restoranlar və ya məktəblər kimi qapalı yerlərdə maska taxmaq tələb olunurdu.
Çərşənbə günündən etibarən maska taxılması xəstəxanalarda, qocalar evlərində, eləcə də ictimai nəqliyyatda məcburi olacaq.
Bizim.Media