Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk öz “Telegram” səhifəsində bildirib.
“76 ukraynalı geri qaytarıldı. Qaytarılanların arasında hərbçilər, o cümlədən 10 zabit və 16 dinc sakin var” – deyə Vereşçuk qeyd edib.
Bizim.Media