Biz Azərbaycanla müxtəlif sahələrdə 30 ildir əməkdaşlıq edirik. Bura enerji sahəsi, insan haqları və s aiddir”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ səfiri Örl Litzenberqer jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda müstəqilliyi və suverenliyi dəstəkləyən bir ölkə olub:
“Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasından və Azərbaycanın SSRİ-dən ayrılmasından 30 il ötür. ABŞ Azərbaycanın uzunmüddətli və güclü dostu kimi regionda sülhün əldə olunmasına, xalqlararası əlaqələrin qurulmasına, nəqliyyat və kommunikasiyanın açılmasına dəstək verməyə hazırdır”.
Bizim.Media