“Rusiya qoşunları müharibənin ikinci mərhələsində bütün şərq cəbhəsi boyunca hücuma keçib”.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı bəyanat yayıb.
“Rusiya qoşunları Donbas regionu üzərində tam nəzarəti ələ keçirmək məqsədi ilə bütün səylərini 480 kilometr uzunluğundakı şərq cəbhəsi boyunca aparılan hərbi əməliyyatlara yönəldib və bütün cəbhə boyunca Ukrayna müdafiə xəttini yarmağa çalışıb” – deyə bəyanatda qeyd edilib.
Bizim.Media