Rusiya Silahlı Qüvvələrinin indiyədək təxminən 20 800 canlı qüvvəsi zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.
“Qarşı tərəfin 802 tankı, 2063 zirehli döyüş maşını, 386 artilleriya sistemi, 132 reaktiv yaylım atəşi sistemi, 67 havadan müdafiə sistemi, 169 hərbi təyyarəsi, 150 helikopteri, 1495 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 158 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 27 xüsusi avadanlığı məhv edilib” – deyə məlumatda qeyd edilib.
Bizim.Media