Rusiya Qara dəniz donanmasının hərbi gəmilərini Ukrayna sahillərindən 200 km uzaqlaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı RBK-Ukrayna nəşri "Cənub" əməliyyat komandanlığının Facebook səhifəsinə istinadən yayıb.
“Qara dəniz əməliyyat zonasında düşmənin raket və desant gəmilərindən ibarət gəmiləri sahillərimizdən təxminən 200 km uzaqlaşıb. Lakin dənizdə gəmilərlə yükün daşınmasına və Ukraynaya raket zərbələri təhlükəsi hələ də qalır”, - mesajda deyilir.
Qeyd olunur ki, ötən həftə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı hesab edilən “Moskva” raket kreyserini iki “Neptun” raketi ilə vurub. Nəticədə gəmi buksirlə sahilə aparılarkən batıb.
Bizim.Media