Rusiyada "Qazprombank"ın keçmiş vitse-prezidenti Vladislav Avayev dəhşətli cinayət törədib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, həyat yoldaşı və qız övladını qətlə yetirib.
Hadisədən dərhal sonra Vladislav Avayev intihar edib.
"İstintaq baş verənlərlə bağlı müxtəlif versiyaları nəzərdən keçirir. Hazırda əsas versiyaya görə, kişi arvadını və azyaşlı qızını qətlə yetirib, sonra isə özünü güllələyib", - deyə Rusiya İstintaq Komitəsindən bildirilib.
Bizim.Media