Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada uğurlu əməliyyat keçirib.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, əməliyyat zamanı Türkiyədə terror aktları planlaşdıran iki İŞİD terrorçusu saxlanılaraq Ankaraya gətiriliblər.
Orxan Moran və Mustafa Kılıçlı adlı terrorçuların həmçinin Suriyadakı Türkiyə ordusu birləşmələrinə qarşı da terror aktları planlaşdırdığı qeyd olunub.
Bizim.Media