Avropa İttifaqına (Aİ) üzv olan bütün ölkələrin limanları Rusiya gəmiləri üçün bağlanıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
“Aİ-nin rusiyalılar üçün qadağa direktivi qüvvəyə minib. Bu direktiv Rusiya bayrağı altına qeydiyyatdan keçmiş bütün gəmilərə, o cümlədən fevralın 24-dən sonra qeydiyyatı dəyişmiş gəmilərə şamil edilir”, - deyə Yermak qeyd edib.
Bu qərar yalnız SOS (Mayday) siqnalı vermiş gəmilərə şamil edilməyəcək. Onlarla bağlı qərar fərdi olaraq qəbul ediləcək.
Bizim.Media