Rusiya Ukraynanın Lvov şəhərinə raket zərbələri endirib.
Bizim.Media Unian-a istinadən xəbər verir ki, bu barədə Lvov vilayətinin rəhbəri Maksim Kozitski və Lvov şəhərinin meri Andriy Sadovi məlumat verib.
“Lvova 5 raket zərbəsi endirilib. Artıq müvafiq orqanların əməkdaşları həmin yerə yola düşüb. Biz daha ətraflı məlumat əldə etməyə çalışırıq", - Andriy Sadovi deyib.
Zərbələrin nəticələri və hücumun mümkün qurbanları hələlik məlum deyil.
Həmçinin Rusiya ordusu Ukraynanın Luqansk vilayətinin Kreminna şəhərinə daxil olub.
Luqansk vilayət administrasiyasının sədri Sergey Qaydayın məlumatına görə, hazırda şəhərdə küçə döyüşləri gedir, evakuasiya mümkün deyil.
Bizim.Media