Hindistanın Assam ştatının şimal-şərqində leysan yağışları nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bölgədə əlverişsiz hava şəraiti üçüncü gündür ki, davam edir.
Təbii fəlakət nəticəsində kəndlərdə yüzlərlə ev dağılıb, ağaclar uçub, elektrik xətləri qırılıb.
Ümumilikdə 41 mindən çox insanın yaşadığı 1000-dən çox yaşayış məntəqəsi zərər çəkib.
Bizim.Media