Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenin Kiyevə səfər edəcəyini düşünür.
Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti bunu CNN telekanalına müsahibəsində deyib.
“Düşünürəm ki, o gələcək. Əlbəttə, qərar onundur. Məsələ təhlükəsizlikdir. Lakin mən düşünürəm ki, o, ABŞ lideri olaraq bura gəlməli və görməlidir”, - deyə Zelenski bildirib.
O, həmçinin deyib ki, Fransa Prezidenti Emmanuel Makronu da Kiyevə dəvət edib.
Ağ Ev isə bir qədər əvvəl bildirmişdi ki, Baydenin planlarında Ukrayna səfəri yoxdur.
Bizim.Media