Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdakı həftədə Moskvada danışıqlar aparacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya "Rossiya 1" telekanalının "Moskva. Kreml. Putin" proqramında səslənib.
"Ermənistanın baş naziri Rusiyaya rəsmi səfərə gələcək. Hazırkı beynəlxalq vəziyyətdə bu, xüsusi əhəmiyyət kəsb edən hadisədir", - proqramda qeyd olunub.
Bizim.Media