Rusiyanın kənd təsərrüfatı aviasiyasının "Mi-2" helikopteri Krasnodar diyarında qəzaya uğrayıb.
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, qəza nəticəsində 1 nəfər həlak olub. Qeyd edilir ki, helikopter eniş edərkən qəzaya uğrayıb.
Bizim.Media