Amerikanın “Google” şirkəti “iPhone” sahiblərinin “Android” əməliyyat sistemi ilə işləyən smartfona keçidini sadələşdirən proqram yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə 9to5Google nəşri məlumat yayıb.
Qeyd olunur ki, artıq “App Store”da “Androidə keçid” adlı proqram peyda olub. Android 12 versiyasında "Apple" gadgetindən bütün məlumatların ötürülməsi vəzifəsi sadələşdirilib.
Bununla belə, istifadəçilərin əməliyyatı yerinə yetirmək üçün hələ də Lightning kabelinə malik olması lazımdır.
Android-ə keçid hələlik "gizli" proqram olaraq qalır, çünki onu App Store-da axtarış vasitəsilə tapmaq mümkün deyil, yalnız birbaşa keçid vasitəsilə görmək olar. Jurnalistlər qeyd ediblər ki, onlar tətbiqi iPhone-a quraşdıraraq işə sala biliblər.
Bizim.Media