ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Təhsil Nazirliyində olub.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, səfir və təhsil naziri Emin Əmrullayev ABŞ-Azərbaycan geniş təhsil əlaqələrinin gücləndirilməsi yollarını müzakirə ediblər.
“Müəllimlər və tələbələr üçün daha çox proqram dəstəkləməyə, ölkələrimizin məktəb və universitetləri arasında tərəfdaşlıq sayını artırmağa və azərbaycanlı tələbələrə ABŞ-də yeni təhsil imkanları təklif etməyə ümid edirik”, - deyə məlumatda bildirilib.
Bizim.Media