Albaniyanın Baş naziri Edi Rama sabah Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.
Aprelin 15-də isə Albaniya hökumət başçısı İstanbula qeyri-rəsmi səfər edəcək və orada TUBİTAK-ın təmsilçiləri ilə görüşlər keçirəcək.
Bizim.Media