“Türkiyənin F-16-lara ehtiyacı var”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar nazir jurnalistlərə açıqlamasında bildirib.
“Bununla yanaşı, əlimizdəki F-16-ların da modernləşdirilməsi lazımdır. Bununla bağlı “Xarici Hərbi Satış” (Foreign Military Sales) çərçivəsində proses başlayıb”, - deyə nazir qeyd edib.
Nazir qeyd edib ki, bu proses ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamenti ilə koordinasiya edilir.
Bizim.Media