“Instagram”da olduğu kimi “WhatsApp”da da göndərilən mesajlara emojilərlə reaksiya vermək mümkün olacaq.
Bizim.Media xəbər verir ki, şirkət bunu hələ ki sınaqdan keçirir. Ancaq yeni bir yeniləmə ilə emoji reaksiyaların sayı 6-nı keçir. Ən son beta fotolarına görə, emojilərin yanında + işarəsi var və bununla daha çox emoji seçiminə icazə verilir.
Qeyd edək ki, “WhatsApp”ın dünyada 2 milyarddan çox istifadəçisi var.
Bizim.Media
