Nyu-Yorkda metro stansiyasında səhər saatlarında atışma olub.
Bizim.Media "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Nyu-York Yanğından Mühafizə Xidmətinin mətbuat katibi bildirib.
Onun sözlərinə görə, Bruklin şəhərində Sunset Parkdakı 36-cı küçə stansiyasında tüstülənmə xəbərləri ilə əlaqədar hadisə yerinə gedən yanğınsöndürənlər 5 nəfərin güllələndiyini aşkar ediblər.
Hadisənin hansı səbəbdən dolayı baş verdiyi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media