BMT baş katibi: ''Yeni il vədimiz olmalıdır''

BMT-nin baş katibi Antonio Quterreş Yeni il müraciəti edib.

Bizim.Media-nın məlumatına görə, müraciətdə deyilir:

“Əziz dostlar,

2020-ci il sınaqlar, faciələr və göz yaşları ili kimi yadda qaldı.

COVID-19 pandemiyası həyatımızı alt-üst edərək, dünyanı əzab və kədərə məhkum etdi. Bu müddət ərzində nə qədər yaxınımızı itirdik. Bununla belə pandemiya növbəti xəstəlik və ölüm dalğası yaradaraq, daha da geniş vüsət almağa davam edir.

Dünyada yoxsulluq, bərabərsizlik və aclıq artmaqdadır.

İş yerləri bağlanır, borclar artır. Uşaqlar da əziyyət çəkir.

Evlərdə zorakılıq artır. Təhlükə artıq hər yerdə mövcuddur.

Lakin qarşıdan yeni il gəlir və onun gəlişi ilə biz ümid işığını görürük:

İnsanlar qonşuları və onlara yad olan insanlara yardım əlini uzadır;

Xəstəliklə mübarizənin ön cəbhəsində çalışanlar özlərini bu işə fəda edir;

Alimlər çox qısa müddətdə peyvəndləri hazırlayırlar;

Dövlətlər iqlim fəlakətinin qarşısını almaq üçün yeni öhdəliklər götürürlər.

Biz birlik və həmrəylik mühitində çalışsaq, bu ümid işartıları bütün dünyanı işıqlandıra bilər. 

Bu çətin ildən çıxarmalı olduğumuz dərs məhz budur.

Həm iqlim dəyişikliyi, həm də COVID-19 pandemiyası elə bir böhrandır ki, onu yalnız hər kəs birlikdə mübarizə apararsa aradan qaldırmaq mümkündür. 

Bu isə özlüyündə inklüziv və davamlı gələcəyə keçidin bir hissəsini təmin etmiş olacaq.

2021-ci il üçün BMT-nin başlıca hədəfi 2050-ci ilə qədər karbon neytrallığı və ya sıfır emissiya səviyyəsinə nail olmaq üçün qlobal ittifaq qurmaqdır.

Hər bir hökumət, şəhər, biznes və fərd bu məqsədə öz töhfəsini verə bilər.

Gəlin birlikdə öz aramızda və təbiətlə barışaq, iqlim böhranını həll edək, COVID-19 virusunun yayılmasının qarşısını alaq və 2021-ci ili şəfa, sağalma ili elan edək.

Ölümcül virusun təsirini, çökmüş iqtisadiyyat və cəmiyyətləri, bölücülük meyllərini, eləcə də planetimizi sağaltmaq ili.

Bu, 2021-ci il üçün bizim Yeni il vədimiz olmalıdır.

Mən BMT adından hamınıza xoş və dinc yeni il arzulayıram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı QƏRAR VERİLDİ

"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı QƏRAR VERİLDİ

Təhsil kreditinə xərclənən vəsaitin məbləği BƏLLİ OLDU

Təhsil kreditinə xərclənən vəsaitin məbləği BƏLLİ OLDU

Bakıda küçədə qadınla dalaşan kişinin kimliyi bilindi - VİDEO

Bakıda küçədə qadınla dalaşan kişinin kimliyi bilindi - VİDEO

İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib -VİDEO

İsveçli rejissor Qərbi Azərbaycanın mədəni irsindən bəhs edən film çəkib -VİDEO

Toyuq əti ilə bağlı ŞAD XƏBƏR – 2027-ci ilin ortalarınadək...

Toyuq əti ilə bağlı ŞAD XƏBƏR – 2027-ci ilin ortalarınadək...

65 yaşı tamam olan həkimlərə müjdə

65 yaşı tamam olan həkimlərə müjdə

Şvartseneqqer sevgilisi ilə ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

Şvartseneqqer sevgilisi ilə ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirildi – FOTO

MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirildi – FOTO

Azərbaycandakı həkimlərin sayı AÇIQLANDI

Azərbaycandakı həkimlərin sayı AÇIQLANDI

Simonyan özündən 20 yaş kiçik modellə evlənir– VİDEO

Simonyan özündən 20 yaş kiçik modellə evlənir– VİDEO

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü AÇILDI - VİDEO

Ermənistanda seçki zamanı daha bir rüşvətin üstü AÇILDI - VİDEO

Lopez səhnədə yaşadığı qorxulu anlardan DANIŞDI

Lopez səhnədə yaşadığı qorxulu anlardan DANIŞDI

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

9-cu sinif şagirdi qəfil vəfat etdi

9-cu sinif şagirdi qəfil vəfat etdi

Nabran yolu nə vaxt açılacaq? - FOTO

Nabran yolu nə vaxt açılacaq? - FOTO

Fiziki məhdudiyyətli rəssam 29 il əvvəl Ulu Öndərdən nəyi xahiş etmişdi? – VİDEO

Fiziki məhdudiyyətli rəssam 29 il əvvəl Ulu Öndərdən nəyi xahiş etmişdi? – VİDEO

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Psixi problemi olan şəxslərlə bağlı YENİLİK

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

Bu şəxslər müalicə zamanı digər pasiyentlərdən AYRI SAXLANILACAQ

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

Psixi problemi olan şəxs inzibati xəta törədərsə... – Hansı tədbir GÖRÜLƏCƏK?

Psixi problemi olan şəxs inzibati xəta törədərsə... – Hansı tədbir GÖRÜLƏCƏK?

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətirdilər

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətirdilər

İran xam neft ixracına başladı

İran xam neft ixracına başladı

Bakıda sürücü sükan arxasında VƏFAT ETDİ

Bakıda sürücü sükan arxasında VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO