Ukraynada gedən müharibə səbəbilə Qərb ölkələrindən deportasiya edilən Rusiya diplomatlarının sayı 250-yə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, İtaliya 30, Danimarka 15, İsveç 3, Fransa 30, Almaniya 40, Niderland 17, Belçika 21, İrlandiya 4, Çexiya 1, Şimali Makedoniya 5, Polşa 45, Bolqarıstan 12, Litva 4, Estoniya 3, Latviya 3, Slovakiya 3, Monteneqro 1, Lüksemburq 1, Norveç 3 Rusiya diplomatını arzuolunmaz şəxs elan edərək ölkədən deportasiya edib.
Həmçinin, ABŞ Moskvanın BMT-dəki nümayəndəliyinin 12 diplomatını ölkədən qovub.
Bizim.Media