Xəbər verdiyimiz kimi, İslam Cümhuriyyətinin qurucusu ayətullah Ruhullah Xomeyninin və digər bir ayətullahın heykəlləri Qum şəhərinin "Mərcəiyyət" meydanında xalq tərəfindən yandırılıb.
Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, dünən isə Qumun "Cümhuriyyət" bulvarında yerləşən İranın ali rəhbəri Əli Xameneinin böyük bannerinə od vurulub.
Bununla bağlı görüntülər dünya mətbuatının trendinə çevrilib. Etirazlar lokal xarakter daşısa da bunun konkret olaraq kimlər və ya hansı təşkilat tərəfindən keçirildiyi məlum deyil.
Bilinən odur ki, baş qaldıran etirazların episentri Qum şəhəridir. Bu şəhər isə İranın əsas dini mərkəzi hesab olunur.
Bizim.Media