Türkiyəli tanınmış aktrisa Dilan Çiçək Dəniz yol qəzasına düşüb.
Bizim.Media "CNN Türk"-ə istinadən xəbər verir ki, çəkilişdən qayıdan aktisanın avtomobili digər minik maşını ilə toqquşub.
Onun hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, o, "Kiracı" serialında baş rolu canlandırır. Sözügedən serial yaxın zamanda "Fox" telekanalında yayımlanacaq.
Bizim.Media
