Litva Rusiya ilə diplomatik nümayəndəlik səviyyəsinin aşağı salınması barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, bu səbəblə Rusiya səfiri Litvanı tərk etməli olacaq. Həmçinin bildirilib ki, Rusiyanın Klaypedadakı konsulluğu da bağlanır.
Rusiyanın Vilnüsdəki diplomatları Xarici İşlər Nazirliyinə çağırılaraq bu barədə məlumatlandırılıblar.
Bizim.Media