"Rusiya ordusu Ukrayna qüvvələrini mühasirəyə alaraq Xarkovu ələ keçirməyə hazırlaşır".
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik bildirib.
"Düşmən qoşunların qruplaşdırılması üçün maddi-texniki təminat marşrutları yaradır, döyüş sursatı, raketlər, yanacaq-sürtkü materialları ehtiyatı yaradır".
O.Motuzyanik qeyd edib ki, Rusiya Ukraynanın mühüm infrastrukturunu məhv etmək üçün yüksək dəqiqlikli silahlardan istifadə etməkdə davam edir.
Oral Mədənçi, Bizim.Media