Ukrayna Prezidenti Volodimir Zelenski mülki əhalinin qətliamına dair sübutların tapıldığı Buçaya səfər edib.
Bizim.Media xəbər verir ki, o, dağılmış Rusiya texnikasına baxış keçirib, yerli sakinlərlə söhbət edib. Zelenski Rusiyanın Ukraynada hərbi cinayətlər və soyqırım törətdiyini bəyan edib.
O, “BBC” müxbirinin “Rusiya ilə sülh danışıqları hələ də mümkündürmü?” sualını da cavablandırıb:
“Bəli, çünki Ukrayna sülhə nail olmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”.
Bizim.Media