Rusiya hərbi texnikasının böyük karvanının Belarusdan bu ölkəyə hərəkət etdiyi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
“Aprelin 4-də səhər saatlarında Belarusun Borisov şəhərində Rusiyaya məxsus yüzdən artıq hərbi texnika karvanı qeyd alınıb.
Məlumata görə, karvan Minskdən M1 trası ilə Smolensk (Moskva) istiqamətində hərəkət edib. Bildirilib ki, karvanda “Ural”, “KamAz”, “UAZ Patriot”, “KUNQ”, yanacaq daşıyan avtomobillər və PAZ avtobusları olub” – deyə məlumatda qeydə alınıb.
Vurğulanıb ki, aprelin 3-də Rusiya hərbi texnikasının Belarusun Qomel vilayətinə doğru çəkildiyi barədə məlumat yayılıb.
Bizim.Media