Bir müddətdir ki, dünyanın aparıcı smartfon markalarından olan “Apple”ın abunəlik modelinə keçəcəyi iddia edilib.
Bizim.Media “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə məlumatlar mediaya sızıb.
Belə ki, icarəyə vermə məntiqi ilə hazırlanmış sistemdə yeni “iPhone” almağa ehtiyac yoxdur.
Yalnız aylıq icarə və ya sahiblik haqqı ödəməklə istədiyiniz “iPhone” modelinə sahib ola bilərsiniz.
Sistem rəsmi olaraq elan edilmədiyi üçün qiymətlərlə bağlı qeyri-müəyyənliklər də var.
Sızdırılan məlumata görə, ABŞ-da kirayə qiymətləri “iPhone 13” üçün 35 dollar, “iPhone 13 Pro” üçün 45 dollar və “iPhone 13 Pro Max” üçün 50 dollardır.
Bizim.Media